Əlaqə Arxiv
news Image
2012.12.12
17:24
| A A A
26 il sonra başına gələn şok hadisə
Movqe.Az bildirir ki, ABŞ-da 26 il sonra gəlinliyini quru təmizləmə bağlamasından çıxaran bir qadın həyatının şok hadisəsini yaşayıb. Belə ki, gəlin paltarı ona aid olmayıb. "Böyük gün"dən sonra quru təmizləmədən gələn gəlin paltarları ümumiyyətlə uzun illər açılmadan saxlanılır. Ailədən bir nəfər soruşmayana qədər də bağlamadan çıxarılmır. Bu xəbər, dünyadakı bu ənənəyə son verə bilər. Kim Cons, 1986-ci ildə reallaşan toyundan sonra ilk dəfə açdığı quru təmizləmə bağlamasından başqa bir gəlin paltarı çıxdığını görüb şoka düşüb. Paketi qızı Emili ilə açan Cons, indi öz gəlinliyini tapmaq üçün əlindən gələni edir. Emili isə ailənin tək qızı olaraq anasının gəlinliyinin olması üçün əlindən gələni edəcəyini bildirib. Çünki özünün də bu gəlinliklə ailə quracağını bildirib.
Sizin Reklam Yeriniz