Əlaqə Arxiv
news Image
2012.12.13
14:59
| A A A
Kainatın ən qədim görüntüləri
Movqe.Az bildirir ki, Hesablamalara görə, Kainat 13 milyard 700 milyon il əvvəl baş verən "Böyük Partlayış"dan sonra meydana gəlib. Dünya orbitindəki Habl teleskopu "Böyük Partlayış"dan 480 milyon il sonra əmələ gələn qalaktikaları göstərib. NASA-nın yayımladığı bu dövrə aid görüntülərin düzəldilib tamamlanmış son vəziyyətində 13 milyard 200 milyon il əvvəl meydana gəlmiş qalaktika birliklərinə rast gəlinir. Bunlar hələlik məlum olan ən uzaq və qədim qalaktikalara aid görüntülərdir. Yəni, kainatın körpəlik dövrünün görüntüləridir. O dövrdə kainat indiki halının yalnız 3 faizini təşkil edirdi. Kainatın ən qədim görüntülərinin kosmosun inkişaf prosesini anlamağa köməkçi olacağı bildirilir. Bu son görüntülər daha əvvəl çəkilmiş görüntülərdən 300 milyon il əvvəli göstərir.
Sizin Reklam Yeriniz