Əlaqə Arxiv
news Image
2012.12.13
18:39
| A A A
Alış-veriş etmək xəstəlikdir?

Movqe.az xəbər verir ki, göründüyü qədər günahsız olmayan "alışveriş asılılığı", insanların həyatlarını korlaya bilir. ABŞ-da təxminən 15 milyon insan bu xəstəliklə üz-üzədir. Bu insanlardan bəziləri isə hər hansı bir ehtiyacı olmadığı halda özünü alış-veriş etmək məcburiyyətində hiss edir. Stanford Universiteti tərəfindən edilən araşdırmaya görə Amerikada qadınların 6 faizi, kişilərin isə 5.5 faizi bu xəstəliyə tutulub. Kişilərin daha çox elektron cihazlar, CD, kitab, kamera, fotoaparat maşınına maraq göstərdiyini ifadə edən Psixoloq April Benson, qadınların isə daha çox makiyaj vəsaiti, bijüteriya və ev avadanlıqları aldığını söyləyib. Xəstəliyin ilk dəfə 19-cu əsrdə müəyyən edildiyini ifadə edən Benson, bu problemin yalnız Amerikada deyil, dünyanın bir çox yerində mövcud olduğunu qeyd edib.  Xəstəliyin yalnız varlı insanlarda görülmədiyini vurğulayan Benson "Belə  insanlar, kredit kartı borclarını və ya xərclədikləri enerji və zamanı nəzərə almır. Onlar üçün alış-veriş etmək alkoqol asılılığı kimi ən böyük ehtiyacdır.  Lakin spirt və narkotik aludəçiləri alış-veriş edən insalara görə daha sürətli müalicə edilə bilir" deyib.

Sizin Reklam Yeriniz