Sızanaq haqqında bilmədiklərimiz
Movqe.Az bildirir ki, Sızanağı müalicə
etmək üçün istifadə etdiyimiz kosmetik məhsullar dərini
nəmləndirir, təmizləyir. Tam müalicə etmir, ancaq dəstək olur.
Sızanaq müalicəsində mütləq bir mütəxəssisə müraciət etmək
lazımdır. Akne müalicəsindən müsbət nəticə almaq üçün 1-2 ay vaxt
keçməlidir. Müalicə müddətində dəriyə çox sərt davransaq akne
problemin şiddətlənməsinə gətirib çıxarar. Dərimizi gündə 2 dəfə
təmizləmək kifayətdir. Bundan başqa yağlı və tonal kremlər istifadə
etməməyə çalışmalıyıq.