Əlaqə Arxiv
news Image
2012.12.14
15:30
| A A A
"Google Maps" tətbiqi yenidən istifadəyə verilib

Movqe.az xəbər verir ki, "Apple"ın 3 ay əvvəl IOS 6 əməliyyat sistemi "iPhone" və "iPad"ərdən çıxardığı "Google Maps" tətbiqi geri qayıdıb. Yoğun diqqət görən proqram 8 saat müddətində ən çox endirilən tətbiqlər siyahısında birinci yerdə qərarlaşıb.

"Google Maps" yeni tətbiqilə bir sıra əhəmiyyətli yenilikləri də özü ilə gətirib. İlk növbədə Google panaromik fotoşəkillərlə küçə-küçə görüntü yığan xidməti "Street View" "Google Maps"ə daxil edilib.

"Google Maps" ilə istifadəçilər artıq yol hərəkəti vəziyyətinə də baxa bilərlər. Bu xüsusiyyət "Google Maps"in əvvəlki versiyasında yer almırdı. "Apple"ın Maps tətbiqində istifadəçilərin ən çox şikayət etdiyi nöqtə axtarılan ünvanın tapıla bilməməsiydi. İstifadəçilər gedəcəkləri yerin bir neçə hərfini axtarış panelinə yazaraq özlərinə lazım olan yeri tapa biləcəklər.



Sizin Reklam Yeriniz