Əlaqə Arxiv
news Image
2012.12.14
18:44
| A A A
Həyat yoldaşına kömək etmək istədi, amma ...
Movqe.Az "Daily Mirror"un xəbərinə istinadən bildirir ki, Polşanın Elbaq şəhərində yaşayan 32 yaşlı Tomas Paczkovski evdə qaldığı gün həyat yoldaşı Lilaya kömək etmək üçün paltar ütüləməyə qərar verib. Yoldaşına kömək edərkən bir tərəfdən də çoxdandır gözlədiyi boks matçını da izləməkdən geri qalmayan adam ehtiatı əldən verib. Həm televizordakı boks matçını seyr edən, həm də ütüləmək üçün ütü masasını televiziyanın qarşısına yerləşdirən Paczkovski, kefini daha da artırmaq üçün özünə bir də pivə açdıqdan sonra ütüləməyə başlayıb. Fikrini boks matçına cəmləyən Paczkovski, birdən cib telefonunun zəng çalması ilə telefon deyə səhvən əlindəki isti ütünü qulağına qoyduğu zaman olanlar olub. Dərhal ağrıdan qışqırmağa başlayan ərin sol qulağıyla sol yanağında üçüncü dərəcə yanıqlar meydana gəlib. Bu vaxt özünü maraqlı bir şəkildə yaralayan adamın xəstəxanada verdiyi ifadə baş verən hadisədən də qəribə olub. Paczkovski üzündəki yanıqlara baxmayaraq, özünü həyat yoldaşı ilə müqayisə edib. Belə ki, xəstəxanada üzü sarılan Paczkovski, "Arvadım eyni zamanda həm paltar ütüləyir, həm də başqa işlər görür. Mən niyə bacara bilmədim, başa düşmürəm." deyib.


Sizin Reklam Yeriniz