200 mindən çox rəsm əsəri virtual aləmdə
Movqe.Az bildirir ki, İngiltərədə 200
mindən çox yağlı boya ilə çəkilmiş şəkillər internet
istifadəçilərinə təqdim olunub. İngiltərədəki Cəmiyyət Kataloq
Vəqfi, BBC-nin də dəstəyi ilə, uzun müddətdir üzərində çalışdığı
layihə daxilində ölkənin müxtəlif bölgələrindən 211 min 861
portreti rəqəmsal mühitə köçürüb. "Your Paintings" layihəsinin
2003-ci ildə başladığı və işlərin son 18 ayda sürətləndiyi
bildirilib. Kataloqda muzeylər və milli qalereyalardakı əsərlərdən
əlavə, xəstəxanalar, heyvanxanalar və bir dəniz sahilində
sərgilənən portretlərdə iştirak edir. 37 mindən çox rəssamın
əsərinə yer verilən kataloqda, Cuşua Reynoldsdan təxminən 400,
Turnerdən 348, Geinsborouhdan 281 və Stenli Spenserdən 189 mənzərə
var. İngiltərədəki "cəmiyyətə aid bütün hesabatlarının" yer
aldığı kataloqa 30 minə qədər yaradıcısı bilinməyən əsərləin də
daxil edildiyi bildirilir. Rəsm sevənler, dünyada ilk dəfə
İngiltərədə həyata keçirildiyi söylənilən layihəyə www.bbc.co.uk /
arts / yourpaintings ünvanından baxa bilərlər.
.