Aşiq olmaq çəki artırır
İngilislərə məxsus pəhriz portalı
"Forzadiet.Com"un 1000 cütlük üzərində apardığı araşdırmaya görə
aşiq olmaq çəkini artırır.
Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, sevgili
cütlüklər hər ilə təxminən 2 kilo kökəlirlər. Çəkinin artma
mərhələsi, əsasən bal ayından sonra başlayır. Bal ayında çəkisi
artanların sayı18 faiz təşkil edir.
Araşdırmaya görə, cütlüklərin 62 faizi bir-birlərinin vərdişinə
alışır və birlikdə çəki alırlar. İlin ən çox çəki artıran dövrü
Yeni ilə təsadüf edir. 3 ildən sonra bu proses daha da
sürətlənir.
Araşdırmanın digər bir nəticəsinə görə isə, birlikdə çəki alan
cütlüklərin 56 faizi birlikdə pəhrizə başlayarsa, sürətli şəkildə
çəki ata bilərlər.