Əlaqə Arxiv
news Image
2012.12.18
16:17
| A A A
3 aylıq ömrü qalan gəncdən əlvida mahnısı - VİDEO
Movqe.Az bildirir ki, Müalicəsi mümkün olmayan bir xərçəng növünə tutulan 17 yaşı amerikalı, həyata əlvida mahnısı bəstələyərək "YouTube"a yükləyib. Mahnıya yarım milyona yaxın adam qulaq asıb. ABŞ-ın Minnesota əyalətində yaşayan Zak Sobieç 3 il əvvəl ombasında hiss etdiyi ağrılar səbəbiylə həkimə müraciət edib. Aparılan müayinələrdən sonra gənclərdə az görülən bir növ sümük xərçənginə tutulduğu və ombasında böyük bir şiş olduğu məlum olub. Çox sayda əməliyyat keçirən Sobieç, kemoterapi də alıb. Buna baxmayaraq xərçəngin öhdəsindən gələ bilməyib. Həkimlərin Sobieçə 3 ay ilə 1 il arasında ömrü qaldığını söyləməsi ilə gənc amerikalı ailəsi və yoldaşlarına əlvida mahnısı bəstələyib videonu "Youtube"a yerləşdirdi. "Buludlar" adlı mahnını indiyə qədər 412 min adam izləyib. Mahnıda "yüksələcəyik, amma mən bir az daha yuxarıya uçacağım. Buludlara çatacağıq, çünki oradan mənzərə daha gözəl görünür. Burada həyatım çox uzun sürməyəcək." kimi sözlər yer alır. Zak Sobieçin ailəsi isə uşaqları üçün meydana gətirdikləri kömək fondu vasitəsilə əməliyyatlar üçün pul toplamağa davam edir. Sümük xərçənginin 20 yaş altındakı gənclərdə yalnız 400 adamda görüldüyü söylənilib.


Sizin Reklam Yeriniz