Əlaqə Arxiv
news Image
2012.12.18
16:40
| A A A
Ayla toqquşdular
Movqe.az xəbər verir ki, "NASA"ya aid "Med" və "Cezir" adlı kosmos vasitələri Ay səthinə dəyərək, Ay orbitində 11,5 aydan bəri davam etdirdikləri vəzifələrini sona çatdırıb. Aya enən ilk kosmos vasitəsi "Apollo"nun endiyi yer də daxil olmaqla Ay səthindəki digər tarixi əhəmiyyəti olan bölgələrdə seçilən nöqtəylə ilk toqquşan kosmos vasitəsi "Med" olub. "Cezir"in təyin olunan nöqtəyə dəyməsi yarım dəqiqə sonra reallaşıb.

Təyin olunan bölgəyə saatda təxminən 6115 kilometr sürətlə dəyən,  paltaryuyan maşın böyüklüyündəki kosmos vasitələrinin buraxdığı iz, Ayın qaranlıq üzündə olmaları səbəbiylə Yerdən görülə bilməyəcək. Lakin Ay orbitində vəzifəsini yerinə yetirən "Ay Kəşf Peyki" kosmos vasitələrinin buraxdığı izlərin fotoşəkillərini çəkməyə çalışacaq.

Xatırladaq ki, Floridadakı "Cape Canaveral" hərbi əsasından 10 Sentyabr 2011-ci ildə atılan "Med" və "Cezir" kosmos vasitələri 3,5 ay davam edən səfərlərindən sonra Ayın orbitinə yerləşmişdi.

Sizin Reklam Yeriniz