Əlaqə Arxiv
news Image
2012.12.18
16:46
| A A A
Bayram sərxoşluğu uşaqlara mənfi təsir edir
Movqe.Az bildirir ki, Norveç Səhiyyə Nazirliyi valideynlərin Milad bayramında həddindən artıq spirtli içkilər içməsinin uşaqlara mənfi təsir göstərməsi xəbərdarlığını ediblər. Nazirlikdən verilən məlumata görə, minlərlə uşaq ana-atalarının bu bayram ərəfəsində çox spirtli içki qəbul etməsindən narahat olurlar. Spirtli içki qəbul edənlərin  böyük əksəriyyəti nə etdiyini bilməz hala gəlirlər. Norveç səhiyyə naziri Conas Qahr Stor, Milad bayramı zamanı qəbul edilən spirtli içkilərin narahatlıq verici ölçüdə olduğunu söyləyərək, "Milad anlayışı, yalnız ağ qar mənasını vermir. Milad, eyni zamanda sərhədsiz spirtli içki qəbulunun olduğu zaman dilimləridir." deyib. Store, Milad bayramı zamanı içilən  həddindən artıq spirtli içki probleminin həlli mövzusunda bütün cəmiyyətin anlayışlı olmasını istəyib.
Sizin Reklam Yeriniz