Əlaqə Arxiv
news Image
2012.12.19
18:35
| A A A
Duz turizmi başladı
Movqe.Az bildirir ki, Cənubi Koreyanın "Jeung" adasını ziyarət edən turistlər, duzun necə hazırlandığını görməyə gəlirlər. Ada rəhbərliyi, turistləri cəlb etmək üçün "duz turizmi" üsuluna əl atıblar. Ada 2004-ci ildə Cənubi Koreyanın "Slowcity" bölgəsi olaraq elan edilib və bu gündən ada bir çox turist tərəfindən ziyarət edilməyə başlanıb. "Jeung" adasına gələn turistlərin çoxunun ictimai fəaliyyət tapa bilməməsi rəsmiləri hərəkətə keçirib. Duz istehsal bölgələrindən birini turizmə açan ada rəsmiləri, gələn turistlərə duz hazırlamasını öyrədir. "Jeung" adasında əvvəlcə duz muzeyi tikdilər. Duz muzeyini gəzən turistlər həm duzun tarixçəsi haqqında məlumat sahibi olurlar, həm də necə çıxarıldığını öyrənirlər. Muzeyin çıxışında duz istehsal bölgələrinə gedən turistlər, duz istehsalçıları ilə birlikdə dəniz suyundan duz əldə etməyə çalışırlar. Fəaliyyətlərinin axırında, turistlər öz çıxardıqları duzları özləri ilə apara bilirlər. Digər tərəfdən isə bir çox turizm administratoru adada duz hamamları açdılar. Duzlu daşlar üzərində masaj edilən hamam, müştərilərinə duz duşu imkanı da təqdim edirlər.
Sizin Reklam Yeriniz