Bu geyim insanı görünməz edir - fotolar
28 yaşlı hindistanlı iş adamı Saif Siddiqui məşhurlar
üçün paparassilərdən qorunmaq üçün şarf hazırlayıb.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, "nanosperikal"
adlı kristalların hesabına bu şarflar işıqların altında "qoruma"
mövqeyinə keçərək bütün işığı geri qaytarır. Nəticədə fotoda
görünməzlik effekti yaradılır və şərfi kimin geyindiyi
görünmür.
Artıq Peris Hilton, Nik Conas, Kameron Diaz, Jerman Defo kimi
məşhurlar bu aksesuardan istifadə edirlər. Şarfların qiyməti
təxminən 500-600 manat arası dəyişir. Eyni bəzəklərdə mobil
telefon çexolları və qalstuklar da satılır.