Əlaqə Arxiv
news Image
2012.12.21
17:09
| A A A
"NASA"ya 5 milyon "qiyamət günü" sualı ünvanlanıb
Movqe.az xəbər verir ki, Mərkəzi Amerika və Meksikada e.ə 1500-ci illər arasında hökm sürən Mayalıların hazırladığı təqvimdə qiyamətin tarixini göstərdiyi iddia edilən 21 dekabr 2012 tarixi artıq yetişib. Filmlərə belə mövzu olan bu iddia, dünyanın hər tərəfində səs-küy yaradıb. Mayalayarın haqlı çıxıb çıxmayacağını maraq edənlər isə ən etibarlı qaynaq olaraq gördükləri ABŞ Milli Aviasiya və Kosmos Dairəsini (NASA) günlərdir sual atəşinə tutur. "NASA" ilə e-mail və ya telefon ilə əlaqə saxlayanlar, "Dünyaya bir planetin dəyəcəyi doğrudurmu?", "Günəş partlayacaqmı?" və "Üç gün müddətində qaranlıq olacaqmı?" kimi suallar yönəldir. İnternetdən 5 milyona yaxın sual aldıqlarını açıqlayan NASA rəsmiləri daha əvvəl də 21 dekabrda qiyamət qopacağı iddialarını yalanladıqlarını xatırladaraq, Yerlə toqquşacaq bir planet və ya meteoritin 10 il əvvəldən təsbit edilə biləcəyini vurğulayıb.
Sizin Reklam Yeriniz