Əlaqə Arxiv
news Image
2012.12.24
15:51
| A A A
"Facebook"dan müjdə
İndi "Facebook"un mobil tətbiqləri arasına daha biri olunub

Movqe.Az xəbər verir ki, "Facebook"un yalnız mobil cihazlarda istifadə edilə biləcək yeni tətbiqiylə mesaja qarşı tərəfin neçə saniyədən sonra baxacağını öyrənmək mümkün olacaq. Beləcə fantastik filmlərindəki "Bu mesaj oxunduqdan sonra öz özünü məhv edəcək" fikri gerçək olacaq. "Facebook" yeni tətbiqi olan "Poke"u IOS cihazları üçün təqdim edib. Tətbiqin bir digər özəlliyi isə "Facebook" CEO-su Mark Zuckerbergin səsiylə qarşılaşa biləcəyinizdir.

"Facebook" tətbiq ilə 2004-cü ildə bəri "Facebook"da olan "dürtmə" funksiyasını önə çıxarır. Bununla yanaşı ötən həftələrdə dedi-qodusu edilən "özbaşına silinən mesajlar" da "Poke"də iştirak edir. Yaxşı bu tətbiq necə işləyir?

"Poke tətbiqiylə "Facebook" dostlarınızı dürtəbilər, onlara mesaj, fotoşəkil və ya video göndərə, istədiyiniz şeyi çox asan bir şəkildə paylaşa bilərsiniz. Yalnız bir yoldaşınızı dürtəbilər və ya birdən çox yoldaşınızı eyni anda dürtəbilərsiniz. Göndərdiyiniz hər mesaj, təyin etdiyiniz müddətdən sonra avtomatik olaraq silinir; 1, 3, 5 və ya 10 saniyə sonra. Müddət bitdiyində mesaj, tətbiqdən yox olur. "

Poke tətbiqi hazırda yalnız iPhone və iPad kimi IOS cihazlarına təqdim edilir. Android və digər platformalara nə zaman gələcəyi ilə bağlı hər hansı bir məlumat hələlik mövcud deyil."

Sizin Reklam Yeriniz