Əlaqə Arxiv
news Image
2012.12.24
16:19
| A A A
Antarktika buzlaqlarının əriməsi 2 qat artıb
Movqe.az xəbər verir ki, ABŞ iqlim ekspertləri Antarktikanın qərbindəki böyük buz örtüyünün 1958-ci ildən bu yana iki qat sürətlə əridiyini müəyyən edib. Mütəxəssislərin "Nature Geoscience"da dərc edilən tədqiqatları qlobal dəniz səviyyəsinin yüksəlməsiylə əlaqədar qorxuları artırıb. Dünya daxilində dəniz səviyyələri ötən əsr müddətində 20 santimetr yüksəlib. Birləşmiş Millətlər Təşkilatının Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) son hesabatında 2100-ci ildən yüksəlişin 18-59 santimetr arasında olacağı ifadə edilib. Su səviyyələrinin yüksəlməsi əvvəlcə Sakit Okeandakı Banqladeş, Tuvalu kimi yerlərə təsir edəcək. Lakin London, Buenos Aires və New York, İstanbul  kimi böyük sahil şəhərlərinin də belə bir fəlakətdən ağır zərər görəcəyi təxmin edilir.
Sizin Reklam Yeriniz