Dayanacaqda işıq müalicəsi
Movqe.Az bildirir ki, İsveçin Umea şəhəri
şimal-qütb dairəsində yerləşdiyinə görə qış fəslində ora gündə
yalnız 4 saat günəş işığı düşür. Gün işığı isə insan
sağlamlığı üçün çox əhəmiyyətlidir. Gün işığı əksikliyi immunitet
sisteminə, yuxu nizamına mənfi təsir edir. Gün işığı əksikliyi
xoşbəxtlik və gümrahlıq hissi verən serotoninlə və hüceyrə
yeniləyici melatonin hormonlarının nizamsız aşağı düşməsinə gətirib
çıxarır. Bu da qış depressiyasına səbəb olur. Şəhər bələdiyyəsi bu
narahatlıqla mübarizə aparmaq məqsədi ilə fərqli bir layihə
hazırlayıb: işıq müalicəsi. Avtobus dayanacaqlarında gün işığı
piyada panellər yerləşdirilir. Dayanacağa insan gəlməsiylə birlikdə
hərəkət sensorları panelləri işlədir və paneldən gün işığı
yayılmağa başlayır. Gözləyən insanlar günəş altında dayanırmış kimi
hiss edirlər. Təbii günəşdən fərqli olaraq bu işıq zərərli
bənövşəyi şüalar ehtiva etmir. Xüsusilə Şimali Avropa ölkələrində
məşhur olan qış depressiyasının müalicəsində beyin kimyəvilərinin
ifraz olunmasını təmin edən işıq müalicəsi məşhur olaraq istifadə
edilir.