Əlaqə Arxiv
news Image
2012.12.24
18:10
| A A A
Vitaminlər haqqında bilmədikləriniz
Movqe.az xəbər verir ki, son illərdə kifayət miqdarda vitamin ala bilmədiyini düşünən insanlar qida və vitamin mərkəzlərinə yönəlib. Hətta uşağı yemək yemək istəməyən analar belə ətrafından eşitdiklərinə inanıb həkiminə məsləhətləşmədən uşaqlarına vitamin şurupları verə bilir. Yaxşı bəs bu vitaminlərin səhv istifadə edildiyində və ya çox istehlak edildiyində zəhərlənmələrə gətirib çıxaracaq qədər ciddi problemlərə yol açdığını bilirsinizmi?

"Foxnews"da yerləşən xəbərə görə, bir çox şəxsin hər gün istifadə etdiyi multivitamin kimi qida gücləndiriciləri haqqında doğruları bilməniyiz çox əhəmiyyətlidir. Çünki bəzi vitaminlər sizə faydadan çox zərər gətirə bilir. Xəstəlik Nəzarət və Tədbir Mərkəzinə görə, Amerikada yetkinlərin təxminən yarısı gündə ən az 1 dənə multivitamin kimi qida gücləndiricisi qəbul edir. Bu da ildə vitaminlər, qida gücləndiriciləri və minerallar üçün 28 milyard dollar xərcləndiyi mənasına gəlir.  "Journal of the American Medical Association" JAMA "adlı jurnalda yayımlanan araşdırmaya görə, hər gün içilən multivitamin 50 yaş və yaşı yuxarı olan kəslərdə xərçəng riskini 12 faiz aşağı salır. Buna baxmayaraq təhlükəli bir əks təsiri olmayan multivitaminlərin prostat xərçəngi riski üçün bir faydası olmadığı da təsbit olunub.

Sizin Reklam Yeriniz