Əlaqə Arxiv
news Image
2012.12.25
16:10
| A A A
"Instagram" məhkəməyə verilib
Movqe.Az bildirir ki, ABŞ-ın Kaliforniya əyalətində fəaliyyət göstərən Finkelstein və Krinsk adlı hüquq firması, sosial foto şəbəkəsi olan "Instagram"ın istifadə şərtlərini dəyişdirməsinin qarşısının alınmasını istəyib. Şirkət etdiyi müraciətdə, "Instagram istifadəçilərin mülkiyyət hüquqlarını əlindən alarkən, bütün məsuliyyətdən də qaçır" deyib. "Instagram", gizlilik siyasətini dəyişdirərək, sayta yüklənən fotoşəkilləri sahiblərinə xəbər vermədən reklamçılara satmaq qərarı alıb. Ancaq istifadəçilərdən böyük reaksiya görən şirkət fotoşəkilləri satmaq kimi bir niyyətləri olmadığını təsdiq edib. Buna baxmayaraq şirkət, istifadəçilərin internet vasitəsilə etdikləri fəaliyyətləri şirkətlərlə paylaşacağına işarə edib. Xatırladaq ki,  "Facebook", aprel ayında 1 milyard dollar ödəyərək "Instagram"ı satın alıb. "Instagram"ın dünya səviyyəsində 100 milyon istifadəçisi var.
Sizin Reklam Yeriniz