Əlaqə Arxiv
news Image
2012.12.26
15:42
| A A A
Misirdə ölmədən məzara girənlərin həyatı
Movqe.Az bildirir ki, Misirin paytaxtı Qahirədə məzar evlərdən ibarət olan ayrı bir şəhər var. Adı olmayan bu şəhər, Qahirədəki kasıblara ev sahibliyi edir. Şəhərin yoxsul insanları məzarları qorumaq qarşılığında buralarda yaşamağa haqq qazanırlar. Misirdəki məzarlardan bəziləri torpaq altındakı otaqlardan meydana gəlir. Bu otaqlarda eyni ailəyə mənsub insanlar basdırılır. Kişi və qadınların fərqli otaqlara basdırıldığı məzar otaqların üst qisimində, içərisində müxtəlif bitki və çiçəklərin əkildiyi ayrı bir otaq da yerləşir. Qahirədəki yoxsul və evsiz insanlar, bu cür məzarları qorumaq qarşılığında məzar sahiblərindən buralarda yaşamaq üçün icazə alır. Dövlət, buranın məzar yeri olduğu üçün buraya elektrik, su və kanalizasiya xidməti vermir. Elektrik və su qaçaq olaraq təmin edilir. Bu cür evlərdə yaşayan Bədriyə adlı bir qadın, beş nəfərlik ailəsi ilə birlikdə eyni məzar evdə qalır. İnfrastrukturu, elektrik və suyu olmayan məzar evdə yay aylarında qismən daha rahat olduqlarını, qışda isə olduqca çətin olduğunu söyləyir. Məzar evlərdə yaşayanların işi təkcə məzara baxmaq və qorumaq deyil. Seyid Hacı adındakı "məzar ev" sakini nu işlərlə yanaşı ip istehsalı ilə də məşğul olur. Tarixi və yeni məzarların bir yerdə olduğu bu bölgənin Məmluqlar dövründən qalma olduğu söylənilir. Coğrafi olaraq da köhnə Misir torpaqları içində yerləşir.
Sizin Reklam Yeriniz