Əlaqə Arxiv
news Image
2016.08.09
13:37
| A A A
Qoz yağının faydaları

Movqe.az məlumat verir ki, ''Qoz Yağı'' saçları qidalandırır. Saçlara qulluqda istifadə edilir. 


Dərini nəmləndirir və elastikliyini qoruyur. Masaj yağlarında əsas yağ olaraq istifadə edilir. Zədələnmiş və köhnəlmiş dərilərdə bərpaedici təsiri olduğu isbat olunmuşdur.

Dərinin yenilənməsinə və qırışıqlıqların aradan qaldırılmasına kömək edir. Qoz yağı üz ləkələrinin üzərinə sürtülüb masaj edilərsə bu ləkələr yox olar.


Ağız boşluğu, boğaz və diş əti xəstəliklərində qarqara olaraq istifadə edilir.


Qanı təmizləmək üçün, qanamalarda kapillyar damarları sıxlaşdıraraq qanamanın qarşısını almaq üçün, babasil, dizenteriya, daxili qanaxmalar zamanı istifadə oluna bilər.


Beyin funksiyalarının inkişafı üçün də qoz yağı əvəzedilməzdir. Düşünmə, öyrənmə və yaddaş funksiyalarının güclənməsi üçün xüsusilə uşaqların və yaşlıların yeməklərinə qoz yağı əlavə etmək məsləhətdir. Qoz yağından həftədə 3 dəfə 1 çay qaşığı istifadə etmək kifayətdir./gecce.az/

Sizin Reklam Yeriniz