Əlaqə Arxiv
news Image
2012.12.28
13:00
| A A A
Fil turistin telefonunu udub
Movqe.az xəbər verir ki, Taylandda fillərin fotoşəkilini çəkən bir turistin mobil telefonu filin xortumunda qalıb. Fil bölgəsinə gələn iki Çinli turistdən biri fili doyuzdurarkən, digəri də telefonuyla şəkil çəkməyə çalışıb. Elə bu vaxt diqqətini yeməklərdən telefona çevirən fil telefonu xortumuyla qaparaq udub. Təlaşlanan çinli gənc qızlar filin baxıcısına müraciət etsə də "Təəssüf edirəm." cavabını alıblar.Artıq telefon filin mədəsinə getmişdi. Saatlar sonra nəhəng filin yediklərini təbii yollarla çıxardığı xəbərini alan Çinli turistlər kəndə geri dönüb. Yoldaşı telefona zəng etdiyində mobil telefonunun yeri asanca təsbit edilib. Filin baxıcısı telefonu taparaq sahibinə təslim edib. Lakin gənc qız telefona toxunmaqda çox istəkli olmasa da yoldaşı onu telefonu götürməyə məcbur edib.






Sizin Reklam Yeriniz