Əlaqə Arxiv
news Image
2012.12.30
14:35
| A A A
Dünya xalqlarının maraqlı Yeni ili qarşılama ənənələri
Movqe.az xəbər verir ki, bütün dünyada yeni ilin bərəkətli, dinc və xoşbəxt keçməsi üçün gündüz və ya gecə edilən maraqlı fəaliyyətlər indi də davam edir. Dünyanın müxtəlif bölgələrindəki insanların kasıb və ya varlı olmasından asılı olmayaraq yeni ilin maraqlı keçməsi üçün bəzi inancları vardır.

"Çinlilər bayramı qeyd etməmişdən əvvəl ötən ildən qalan pis şansı göndərmək üçün evlərini yaxşıca təmizləyirlər. Həmçinin şans və bərəkət gətirməsi üçün evlərinə müxtəlif çiçək və bitkilər alır və qırmızı zərflərin içində uşaqlara şans pulu paylayırlar.

Yaponlar yeni ili qarşılayarkən həm pis ruhları qovması, həm də xoşbəxtlik və yaxşı şans gətirməsi üçün qapılarının qarşısına ip asır. Saatlar 00.00-i göstərəndə isə gülməyə başlayırlar. Bunun səbəbi də şən və şanslı bir il keçirmək istəyidir.


Hollandiyada həm bir əvvəlki ilin ruhlarını göndərmək, həm də yeni ili qarşılamaq üçün küçələrdə yandırılan ocaqda Yeni il ağacları atəşə verilir.


İsveçrədə yeni ildə insanlar yaxşı və pis ruhları işarələyən müxtəlif kostyumlar və papaqlar geyərək yeni ili qarşılayırlar.


Almaniyada yeni ilində insanlar əridilmiş gülləni soyuq suya ataraq, güllənin quruluşundan gələcəyi təxmin etməyə çalışırlar.


Danimarkalılar köhnə qablarını Yeni il gecəsi üçün saxlayır və gecə yarısından əvvəl ən sevdikləri yoldaşlarının qapılarının qarşısında qıraraq həm onu ​​sevdiklərini göstərir, həm də pis şansın getməsini məqsəd qoyurlar.


İspaniyada ən əhəmiyyətli ənənə isə yeni ildə üzüm yeməkdir. Saatlar gecə yarısını göstərmədən əvvəl hər kəs 12 üzüm dənəsini hazırlayır və gecə tam 00.00-da üzümlərini yeyir.


İngiltərədə yeni ilində gecə yarısı evə gələn ilk insanın şans gətirdiyinə inanılır və bu adam gələndə pul, çörək, kömür kimi hədiyyələr gətirir.


Avstraliya cənub yarım kürə olduğundan Yeni il yaza bərabər gəldiyi üçün ümumiyyətlə gəzinti edilərək və ya dənizə girilərək qeyd olunur. "

Sizin Reklam Yeriniz