Korluğa qarşı yeni üsul kəşf edilib
Movqe.Az bildirir ki, Tamamilə kor siçanlar
işığa həssas hüceyrələrin gözlərinə nəql edilməsi sayəsində görmə
qabiliyyətlərinə qovuşublar. İngiltərənin "Oxford" universitetindən
elm adamları, torlu qişada işığa həssas fotoreseptor hüceyrələrinin
olmadığı siçanlar üzərində araşdırma aparıblar. Onlar, gecə ilə
gündüzü ayıra bilməyən bu siçanların gözünə torlu qişanın
bloklarına çevriləcək "qabaqcıl" hüceyrələr yeridiblər. İki həftə
sonra torlu qişa meydana gəlib. "PNAS" jurnalında nəşr olunan
araşdırmaya imza atanlardan professor Robert MakLaren bunun
tamamilə kor siçanlara hüceyrə nəql edərək işığa həssas təbəqənin
yenidən yarada biləcəyi üçün ilk dəlil olduğunu vurğulayıb.
Əvvəllər torlu qişası qismən zərər görmüş siçanlar üzərində
aparılan araşdırmalarda da buna bənzər nəticələr alındığını
xatırladan MakLaren, bu araşdırmanın kompüter ekranını təmir
etməkdən çox, pikselin tək-tək təmir edilməsinə bənzədiyini
bildirib. İnsanlarda bu müalicənin tətbiq edilməsi isə bir az uzun
zaman alacağını vurğulayıb. Keçən il, London universitetinin Göz
Həkimliyi İnstitutundan elm adamları gənc və sağlam bir siçandan
aldıqları hüceyrələri, gecə korluğu olan bir siçanın torlu qişasına
birbaşa yeridiblər və 4-6 həftə sonra hər altı hüceyrədən birinin
beynə görmə siqnalı çatdırmağa başladığını təyin ediblər.