Əlaqə Arxiv
news Image
2013.01.07
15:46
| A A A
Video oyunlardan belə xilas olmaq olar
Movqe.az xəbər verir ki, video oyunu aludəçisi oğlunu oyundan qurtarmaq istəyən ata, oğulunun oyundakı qəhrəmanını öldürməsi üçün kirayə oyun qatili tutub. Valideynlərin ən böyük dərdlərindən biri heç şübhəsiz oyunlardan əl çəkə bilməyən uşaqlarıdır. Bu səbəblə ailələr ümumiyyətlə uşaqlarına xəbərdarlıq edir, kompüterləri uşaqlarının əllərindən alır. Çində isə bir ata daha fərqli bir yol tapıb. "World of Warcraft"a oxşayan və çox sayda oyunçu platforması olan "Hitmen"i lisey illərindən bu yana oynayan Xiao Fenq atasının bütün israrlarına baxmayaraq oyunu ata bilməyib. Oyun üzündən uşağının məktəb qiymətlərinin son dərəcə aşağı olmasından şikayətlənən ata Fenq isə maraqlı bir həll tapıb.  Belə ki, kiçik Fen oyuna hər dəfə daxil olduqda tutulan kiralıq oyun qatilləri onun qəhrəmanlarını öldürəcək və sonda o oyundan bezəcək.
Sizin Reklam Yeriniz