Əlaqə Arxiv
news Image
2013.01.08
16:34
| A A A
Hər tərəfdə ekran olacaq

Movqe.az xəbər verir ki, 2013-cü il ən çox  televizorların ili olacaq. Getdikcə təkmilləşdirilən cihazların yeni modelləri qısa müddətdə hər kəsin evində olacaq. Dünyanın ən böyük texnologiya şousu olan CES təqdimat keçirmədən, texnologiya yazıçısı Erdal Kaplanseren dünya nəhənglərinin stantlarına daxil olaraq təqdimatı keçiriləcək məhsulları göstərib.Texnologiya nəhəngi Sony, dünyanın ilk 4k OLED televizorunu tanıdıb. 4k yəni Ultra HD TV hələ prototip mərhələsində olsa da yeni olması baxımından əhəmiyyət daşıyır. 56 düymlük ekranı olan televizor son dərəcə yüksək ekran dəqiqliyinə malikdir.2012-ci ildə bazara çıxmağa başlayan "Ultrabook" kompüterləri bu il yeni modellərilə əvəz olunacaq. Bununla yanaşı tək ekrana çevrilə bilən sensor ekranlı "Ultrabook" tabletlər bazarın yeni hitləri olacaq. "Convertible Ultrabook" adı verilən bu yeni nəsil kompüterlər, Sony, Dell, Lenovo və HP kimi istehsalçılar tərəfindən dəstəklənir.




Sizin Reklam Yeriniz