Əlaqə Arxiv
news Image
2013.01.09
16:13
| A A A
Həyat qadınlarına pulsuz İngilis dili
Movqe.Az xəbər verir ki, Dünya Futbol Çempionatına 2014-cü ildə ev sahibliyi edəcək Braziliyada hazırlıqların son mərhələsindədir. Daha yaxşı xidmət vermələri üçün həyat qadınlarına da pulsuz İngilis dili dərsləri keçiriləcək. Braziliyanın Belo Horizonte şəhərində olan "Həyat Qadınları Dərnəyi" də, 2014 Dünya Futbol Çempionatında üzvlərinin, müştərilərinə daha yaxşı xidmət etməsi üçün İngilis dilini öyrənəcəyini açıqlayıb.
Dərnək üzvlərinə qruplar halında ödənişsiz İngilis dili dərsləri verəcəklərini bildirib. 4 min üzvü olan dərnəyin rəhbəri Cida Vieira, 300 üzünün mart ayından etibarən ödənişsiz İngilis dili dərsi alacağını söyləyib.
Beynəlxalq xəbər agentliyi AP-yə açıqlama verən Cida Vieira, könüllü İngilis dili müəllimləri axtardıqlarını da açıqlayıb: "Könüllü İngilis müəllimləri tapmaqda çətinlik çəkəcəyimiz sanmıram. Çünki bizə könüllü olaraq kömək edən onlarla psixoloq və həkim var." Üzvlərinə İngilis dili ilə yanaşı Fransız və İtalyan dillərində də dərs vermək üçün danışıqlar apardıqlarını deyən Vieira buna da nail olacaqlarına inanır: Qqızlarımız üçün əhəmiyyətli olan, İngilis dilidir. Onlar xidmət haqqını və qarşılığında verəcəkləri xidməti, müştəriyə tanıda bilməsi üçün ingilis dilində danışmağı bacarmalıdılar."
Sizin Reklam Yeriniz