Əlaqə Arxiv
news Image
2013.01.09
17:48
| A A A
Zəlzələdə bu telefon çox kömək ola bilər
Movqe.Az bildirir ki, ABŞ-ın Las Veqas şəhərində təşkil edilən "CES 2013" texnologiya sərgisində fövqəladə hallar üçün çıxarılan batareyalı mobil telefon nümayiş edilib. Sərgidə ənənəvi olaraq nəhəng şirkətlərin son texnologiyayla çıxarılmış məhsulları böyük maraqla izlənilib. Ancaq "SpareOne"ın çıxardığı fövqəladə hallar telefonu sərgidə şirkətin gözlədiyindən daha çox marağa səbəb olub. "SpareOne"ın son məhsulu olan bu telefon bir ədəd batareya ilə çalışır. Yuxu rejimində 15 il batareya ömürü olan telefonla 10 saat fasiləsiz danışılıb, 24 saat ərzində də LED işıqla işıqlandırma təmin edilə bilir. Telefonu əsas deyil ehtiyat telefon kimi istehlakçıya təqdim etdiklərini söyləyən "SpareOne" prezidenti Kristian Şeder "telefonlarda batareya ömürünün gedərək azaldığını görürük. İnsanlar bəzən telefonlarını enerji ilə təmin edə bilməyəcəkləri vəziyyətdə qalırlar. Bu məhsulu belə hallar üçün yaratdıq." deyib. Telefona SIM kartı daxil etmədən təcili vəziyyət nömrələrini ortadakı böyük düyməyə basaraq yığmaq mümkündür. ABŞ-da 100 dollarlıq qiymətlə satışa çıxan telefonu alarkən üstündə bir də su keçirməz örtük verilir. Fövqəladə hallara hazırlıqlı olmaq üçün batareya ömrü uzun olsa da "SpareOne"ın bu son məhsulunun yanında ehtiyat batareya saxlamağı unutmamaq lazımdır.
Sizin Reklam Yeriniz