Əlaqə Arxiv
news Image
2016.10.04
15:15
| A A A
Azərbaycanlı gəncin inanılmaz gücü - görənləri mat qoyur

Azərbaycanlı gənc inanılmaz gücü ilə əşyaları və insanları toxunmadan hərəkətə gətirə bilir.

Movqe.az-xəbər verir ki,  ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb. Bir əşyaya toxunmadan onu necə hərəkətə gətirmək olar? Telekinesis, maddi varlıqlara təmas etmədən onlara təsir etmə bacarığıdır. Bu, iki gücün birliyində özünü göstərir: düşüncə və enerji.


Bakı şəhər sakini, 22 yaşlı Toğrul Həsənov öz enerjisini kəşf edərək, ondan yararlana bilən bir telekinesis fenomenidir. Hər halda o özü belə iddia edir: "18 yaşımdan meditasiya ilə məşğulam.Telekinesislə internetdə tanış oldum. Daha sonra bunun doğru olub-olmadığını yoxlamaq istədim".


Müxtəliş əşyalara toxunmadan onları hərəkətə gətirmək bacarığını lentə alaraq sosial şəbəkələrdə paylaşan Toğrul, bununla diqqətləri özünə yönəldə bilib. O, iynənin ucuna kiçik kağız parçası keçirərək onu əlləri ilə hərəkətə gətirir. Toğrul qarşısındakı kiçik obyekti şüşə balonun içinə salır. Bu dəfə də əllər işə düşür. Düşüncə ilə enerjinin vəhdətini yaradan Toğrul şüşə qəfəs içində öz istəyinə nail olur. Sonra enerji nümayişi plastik stəkanla davam edir. Kənardan fiziki təsir yoxdur, əvəzində hərəkətə gələn əşya var.


İnsanı yerindən tərpətmək o qədər ağlabatan görünmür. Amma Toğrulla sınaqda olan TV əməkdaşı özü də bilmədən və istəmədən gah irəliyə, gah da geriyə doğru hərəkətə gəlir. Bütün bunlar göz önündə baş verir.


Bu fenomenal güc nədən doğur? Toğrul iddia edir ki, hər kəs özündə bu gücü kəşf edib inkişaf etdirə bilər. O bildirib ki, bu sahədə son hədd yoxdur. Öz üzərində işləyərək, daha da fenomenal güc nümayişinə nail olmaq olar. Yetər ki, istəyin olsun./ARB TV/

Sizin Reklam Yeriniz