Əlaqə Arxiv
news Image
2013.01.10
15:42
| A A A
Yolu qazarkən bank kassasına zərər dəyib
Movqe.Az bildirir ki, İtalyanın şimal-qərbində yerləşən San Remo şəhərinin ən məşhur prospektlərindən biri olan  Via Matteottidə davam edən yol yeniləmə və tənzimləmə işlərində aparılan qazıntı zamanı prospektdəki bankın kassası səhvən deşilib. Dərhal bank səlahiyyətliləri ilə əlaqəyə keçilib və ziyan təsbiti edilib. Səhər saatlarında baş verən hadisədə işçilərin işə laqeyd yanaşın-yanaşmadıqları araşdırılır. Hadisənin hər il təşkil edilən məşhur "San Remo Musiqi Festivalının" reallaşdırıldığı "Cinema Central" və dünya tərəfindən məşhur qumarxanaların olduğu prospektdə reallaşması diqqətləri çəkdib. Keçən il başlayan işlərin yayda turizm mövsümü açılmadan əvvəl tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib.
Sizin Reklam Yeriniz