Əlaqə Arxiv
news Image
2013.01.11
15:09
| A A A
Təyyarənin qanadında piton ilanı görülüb
Movqe.Az bildirir ki, Bir sərnişin təyyarəsinin qanadında 3 metrlik piton ilanı görülüb. Hadisə dünən Avstraliyanın Kairns şəhərindən yola düşən Qantas hava yollarına aid "QF 191" saylı təyyarədə meydana gəlib. Təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra pəncərədən çölə baxan sərnişinlər qanad və mühərrik arasına yapışan "qaçaq sərnişini" görüblər. İlanın təyyarənin qanadında çətinliklə qaldığı və düşməmək üçün göstərdiyi səy sərnişinlər arasında çaxnaşmaya və qarışıqlığa səbəb olub. Saatda 400 kilometr sürətlə hərəkət edən təyyarənin qanadında olan və mənfi 15 dərəcə istiliyə baxmayaraq qanaddan düşməyən piton ilanı sərnişinlərin cib telefonunun kameralarına çəkilib. Qantas hava yollarının spikeri, 2 saatlıq uçuşdan sonra ilanın öldüyünü söyləyib.
Sizin Reklam Yeriniz