Əlaqə Arxiv
news Image
2013.01.11
18:12
| A A A
"Firefox" mobil telefon bazarına qoşulur
Movqe.Az bildirir ki, "Firefox" veb brauzeri ilə tanınan "Mozilla", telefon bazarına başlayıb. Çin telefon istehsalçısı "ZTE" avropanın "GSM" operatoru ilə "Firefox" əməliyyat sistemli (OS) bir telefonun satışı üçün danışıqlara başladığını açıqlayıb. "ZTE"nin baş icraçı direktoru Çenq Liksin, danışıqların Avropada davam etdirildiyini, ancaq telefonun ABŞ-da da bu il satışa çıxacağını bildirib. "Firefox"a marağın getdikcə artdığını söyləyən "Mozilla" məhsullarının məsul sədr müavini Cey Sullivan, ""Qualcomm, TCL Communication Technology Holdings" kimi istehsalçı şirkətlərlə danışıqlarımız davam edir." deyib. "Mozilla", "Firefox" əməliyyat sistemiylə "Google"ın "Android"inə rəqib olmağı qarşısına məqsəd qoyur. Mütəxəssislər firmanın əsas strategiyasının ucuz amma son tələblərə cavab  verən telefon bazarında yer qazanmaq olacağını bildiriblər. Ancaq "Android" ilə rəqabət edə bilməsi üçün bu sahədə ABŞ-da özünə yer əldə edib, tətbiq və xidmət sayını artırması lazımdır.
Sizin Reklam Yeriniz