Əlaqə Arxiv
news Image
2013.01.14
15:21
| A A A
Uşaqlarınızı çox tərifləməyin!
Movqe.az xəbər verir ki, Valideynlərin uşaqlarını "çox ağıllısan, çox gözəl şəkil çəkmisən" kimi ifadələrlə tərifləməsi əslində uşağın özünə inamına mənfi şəkildə təsir edir. Tanınmış ingilis psixoloqu Stefan Qrosz bu cür ifadələrin uşaqların məktəbdəki fəaliyyətinə də mənfi təsir edə biləcəyini qeyd edib. Bu ifadələrin uşağıondan gözlənənləri edə bilməyəcəyi düşüncəsinə məhkum etdiyini, bunun da uşağı bədbəxt edəcə biləcəyini bildirib. Qrosz, ailələrin bu cür ifadələri çox işlətməmələrini məsləhət görüb, bunun əvəzinə uşağın cəhdlərinin təriflənməsi lazım olduğunu vurğulayıb. Grosz, "Boş təriflər, düşüncəsiz tənqidlər qədər pisdir. Bu cür ifadələr, uşağın duyğularına düşüncələrinə fikir verilmədiyini göstərir." deyib. Bu təriflər qısa vədəli işə yaraya bilər, lakin uzun müddətli işdə əks təsir göstərir. "The Financial Times" kimi ingilis qəzetlərin yazıları nümayiş olunan Stefan Qroszun yeni yayımladığı "examined Life" adlı kitabı da 8 dildə nəşr edilib.

Sizin Reklam Yeriniz