Əlaqə Arxiv
news Image
2013.01.14
16:02
| A A A
Şalvarsızlar 13-cü ildə də şalvarsız
Movqe.Az bildirir ki, 13 il əvvəl bir zarafat ilə başlayan metroya şalvarsız minmə fəaliyyəti indi bir çox şəhərdə yayılmış bir fenomen halına gəlib. "Şalvarsız Gün" səbəbiylə bir çox insan soyuğa baxmayaraq şalvarlarını evdə qoyub işə alt paltarları ilə gediblər. İşə gedərkən də metrodan istifadə edən bir qrup şalvarsız 13-cü ili qeyd ediblər. London, Berlin, Stokholm, Sidney, Nyu York, Sofiya, Pekin kimi bir çox Avropa şəhərlərində onlara heyrətlə baxanlara fikir vermədən metroya şalvarsız minən qrup ifadəsiz sima ilə yollarına davam ediblər. Bir-birlərini tanımayan qrup üzvlərinin şalvarları olmasa da, başlarında papaq, kobud ayaqqabılar kimi geyimləri həmişəki kimi üzərilərindədir. 2002-ci ildə Nyu York metrosunda başlayan hadisə indi bütün dünyaya yayılmış vəziyyətdədir. Keçən il 27 ölkədə 59 şəhərdə "Şalvarsız Gün" qeyd olunub.  Londonda 150 şalvarsız insan metroya minib.
Sizin Reklam Yeriniz