Əlaqə Arxiv
news Image
2013.01.15
14:55
| A A A
4000 illik ovsun daşları tapılıb
Movqe.Az bildirir ki, Panamanın "Boquete" qəsəbəsində yerləşən, tarix əvvəlinə aid qaya sığınacaqda, bu günə qədər oxşarına rast gəlinməmiş 12 daş tapılıb. Panamanın "Smithsonian Tropikal İnstitutu"nun(Stri) arxeoloqları tərəfindən reallaşdırılan araşdırmada, Orta Amerikanın antik dövrlərində həyata keçirildiyi düşünülən ovsun ayinlərinə aid ilk dəlilin əldə edildiyi qeyd edilib. "Phys.org" saytının xəbərinə görə, araşdırma qrupunda iştirak edən İngiltərənin "Exeter" Universitetindən Rus Dikau, "Casita də Piedra" sığınacağında gizli qalan daşları 2007-ci ildə gün işığına çıxarıb. Daşlarda yer alan oyuq altında olan odun kömürü üzərində aparılan analizlər, kömürün 4 min 800 illik olduğunu göstərib. Oyuğun üst qisimində olan bir digər kömür parçasının isə 4 min illik olduğu aydın olub.
Sizin Reklam Yeriniz