Əlaqə Arxiv
news Image
2013.01.15
16:12
| A A A
Meksikadan ABŞ-a çağırış

Movqe.az xəbər verir ki, ABŞ-da silah nəzarəti müzakirələri davam etdiyi bir vaxtda minlərlə Meksikalı ABŞ rəhbərliyinə silah qaçaqçılığıyla mübarizə mövzusunda daha çox tədbir alınması çağırışını edib. Meksikada şiddət əleyhdarı işləriylə bilinən fəal Javier Sicilia 54 mindən çox Meksikalının imza atdığı ərizəni ölkəsindəki ABŞ səfirliyinə təslim edib. Sicilia, Meksikadakı narkotik şəbəkələrinin istifadə etdiyi silahların çoxunun ölkəyə ABŞ sərhəddindən qaçaq olaraq gətirildiyini xatırladaraq, "Humanitar faciəmiz qismən ABŞ məsuldur" deyib. Meksikada 2006-ci ildən bu yana, narkotik qruplarina aid şiddət dolu hadisələrdə 70 minə yaxın insan həlak olub.

Sizin Reklam Yeriniz