Əlaqə Arxiv
news Image
2013.01.15
16:34
| A A A
Çiyələk və qaragilə infarkt riskini azaldır
Movqe.Az bildirir ki, "Journal of the American Heart Association" da nəşr olunan xəbərə görə,  ABŞ-da alimlər müəyyən ediblər ki, həftədə çiyələk və qaragilənin ən az 3 porsiyasını yemək qadınlarda infarkt riskini üç dəfə azaldır. Bu giləmeyvələr üzüm və quş üzümündə rast gəlinən təbii flavonoidlə zəngindir. Alimlər qeyd ediblər ki, təbii flavonoidlər ürək-damar sisteminə xeyirdir, arteriyaların genişlənməsinə və xolesterin lövhələrinin yaranmasına qarşı kömək edir. Harvard Tibb Məktəbinin dosenti, Ürək-damar Epidemiologiya Proqramının müdiri Erik Rimm bildirib ki, "Qaragiləni və çiyələyi həftədə qadının gündəlik rasionuna daxil etmək asandır. Və bu sadə qida dəyişikliyi profilaktika üçün böyük əhəmiyyət daşıya bilər."  Tədqiqatçılar, 25-42 yaş arası qadınlar üzərində uzun bir araşdırma aparıblar.  Qadınlar 18 il ərzində hər dörd ildə öz qidalanmaları haqqında suallara cavab veriblər. Tədqiqat zamanı 405 infarkt qeyd edilib. Çox qaragilə və çiyələk yeyən qadınlarda isə ürək tutması riski 32% daha az olub. Bu nisbət daha çox meyvə və tərəvəz yeyən qadınlarda da özünü göstərib.
Sizin Reklam Yeriniz