Əlaqə Arxiv
news Image
2016.10.21
23:00
| A A A
Tənha qız iki sağlam böyrəyi olan oğlan axtarır

Tənha qız iki sağlam böyrəyi olan oğlanla tanış olmaq niyyətindədir. Həyat yoldaşı axtarışları "Tinder"də keçirilib.

Movqe.az xəbər verir ki, romantik tanışlıqlar üçün nəzərdə tutulan populyar "Tinder" internet xidmətində bu yaxınlarda 27 yaşlı bir qız sorğu dərc edib.

O bildirib ki, öz yarını axtarır. Standart təsvirlərdən fərqli olaraq, Nikol adlı qız özünün ideal oğlan axtarışları və ehtiyaclarının xüsusiyyətlərini də qeyd edib. Onun seçdiyi oğlan iki böyrəyi olan və heç bir pis vərdişdən əziyyət çəkməyən etibarlı kişi olmalıdır. Həmçinin Nikolun sevgilisi olmaq arzusunda olan kişi cinsinin nümayəndəsi həyat üçün vacib olan orqanlara dağıdıcı təsiri olan dərman preparatları qəbul etməməlidir.

Müəllifin "Twitter" sosial şəbəkəsindəki analoji sorğusu bir sutka ərzində 38 000-dən artıq repost və 67 mindən artıq "like" toplayıb./lent.az/

Sizin Reklam Yeriniz