Xəyanətin tək şahidi tutuquşu oldu, amma...
Küveytdə bir tutuquşu kişinin həyat yoldaşına evin xidmətçisi ilə xəyanətini ifşa edib.Movqe.az publika.az-a istinadən bildirir ki, tutuquşunun daha əvvəllər heç vaxt eşitmədiyi sevgi sözlərini təkrarlaması qadını şübhələndirib.
Qadın həyat yoldaşı ilə evin xidmətçisini gizlicə izləməyə
başlayıb. Tutuquşunun eşq sözlərini təkrar etməsindən sonra qadın
quşu da götürərək polisə gedib və ərinin onu aldatdığını
bildirib.
Polis tutuquşunun sözlərinin dəlil olaraq qəbul edilməyəcəyini,
heyvanın eşq sözlərini televiziya və ya radiodan eşidə biləcəyini
bildirib. Tutuquşu etibarlı bir şahid olmasa da, qadın ərinin
hərəkətlərindən bir müddətdir şübhələndiyini deyib.