Əlaqə Arxiv
news Image
2013.01.16
17:08
| A A A
Qəhvəyi gözlü insanlar daha etibarlıdır
Movqe.Az bildirir ki, Çex Respublikasında elm adamları, "gözlər ruhun aynasıdır" deyimindən yola çıxaraq göz rənginin adamın etibarlılığına nə qədər təsir etdiyini araşdırıblar. Mavi və qəhvəyi gözlü 20 yaşlarda 40 kişi və 40 qadının fotoşəkilini çəkən elm adamları, bu şəkilləri 238 könüllüyə göstərib və hansı şəkildəkilərin daha çox etibarlı insan olduqlarını soruşub. Qəhvəyi gözlü qadınların daha çox etibar doğurduğu, qəhvəyi gözlü kişilərin isə daha etibarlı olduqları təyin olunub. Gözlərin rənginin təyin edici bir meyar olduğu, yoxsa üzün şəkli kimi başqa bir vəziyyəti bəlli edib-etmədiyini araşdıran elm adamları başqa bir təcrübə də aparıblar. Bu təcrübədə alimlər göz rənglərini dəyişdirib və başqa könüllülərə şəkilləri göstəriblər. Üz şəklinin yalnız kişilərdə etibarlılığa təsir etdiyi, təsirin qadınlarda özünü göstərmədiyi müəyyən olunub. "Plos One" jurnalında nəşr olunan araşdırmaya, ara rəng olduğu səbəbiylə yaşıl gözlülər daxil edilməyib.
Sizin Reklam Yeriniz