Əməliyyatla cinsiyyətini dəyişdirib qız olan dağıstanlı Adam
özünə vətənində təmtəraqlı toy edib.
Movqe.az .az publika.az-a istinadən xəbər verir ki, adını
dəyişdirib Rihanna qoyan 25 yaşlı oğlanın toyu valideynlərin
iştirakı ilə baş tutub.
Xatırladaq ki, Adam ailəsinə Moskvaya əməliyyatla cinsiyyətini
dəyişdirmək üçün getidyi barədə yalan danışıb. Belə ki, o, ailə
üzvlərinə Moskvaya iş dalınca getdiyini deyib. Onun bu addımı
atmasına səbəb sevgilisinin xoşuna gəlmək və onu razı salmaq
istəməsi olub. Buna baxmayaraq, Adam ailəsinə mütəmadi olaraq pul
göndərib və öz qərarı barədə heç kimə danışmayıb. O, hər şeyi
nəzərə alaraq risk etməyə qərar verib. Əməliyyatla onun cinsiyyət
orqanı uzaqlaşdırıb, həm sinəsinə slikon qoydurub, həm də burnunu
kəsdirib. Cavan oğlan hətta özünə Rihanna adı seçib. Əməliyyatdan
sonra yeni görkəminin fotolarını instaqramda paylaşan oğlan
tezliklə sosial şəbəkələrdə populyarlaşıb.
Hadisədən xəbər tutan ailənin şoka düşdüyü, onu vətəninə
buraxılmayacağı, hətta ölümlə təhdid edildiyi deyilirdi. Lakin
şəkillərdən görünür ki, bu xəbərlər əsassızdır. Nə qədər qəribı
olsa da, Adam-Rihanna Qaraçay-Çərkəz sakini ilə Dağıstanda özünə
toy edib. Toyda cütlüyün valideynləri də iştirak edib.