Əlaqə Arxiv
news Image
2013.01.16
18:12
| A A A
Miqrenlə damar xəstəlikləri əlaqəlidir
Movqe.Az bildirir ki, Bəzi miqren növlərinin qadınlarda ürək-damar xəstəlikləri riskini artıra biləcəyi bildirilib. Fransız Milli Sağlamlıq və Tibbi Araşdırmalar Təşkilatından (Inserm) elm adamları, görmə problemlərinə yol açan bəzi miqren növləri ilə mübarizə aparan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin 3 qat daha çox ola biləcəyi nəticəsinə çatıblar. Dr. Tobias Kurs və qrupu, ABŞ-da 15 il ərzində sağlamlıq vəziyyətləri araşdırılan 27860 qadından 1435-nin Aural miqreni olduğunu, bu müddətdə 1030 infarkt, iflic və ölüm hadisəsinə rast gəlindiyini təyin ediblər. Miqreni olan qadınların infarkt və iflic keçirmə riskinin digərlərindən 3,27 dəfə çox (il ərzində mində 7,9 hadisə) olduğu görülüb. Kurs, yüksək təzyiqdən sonra Aural miqren, infarkt və iflicin əhəmiyyətli bir səbəbi olduğunu vurğulayıb. Dr. Tobias Kurs, yüksək təzyiq və kilonu nəzarət altında tutularaq və nizamlı idman edərək riskin azaldıla biləcəyini də qeyd edib. Araşdırma, "American Academy of Neurologie" jurnalında nəşr olunub.
Sizin Reklam Yeriniz