Əlaqə Arxiv
news Image
2013.01.17
16:19
| A A A
Həyat yoldaşı seçimi sağlamlığa təsir edir

Movqe.Az bildirir ki, Norveçdə aparılan araşdırmada əhəmiyyətli nəticələr əldə edilib. İnsanların, sosial-iqtisadi vəziyyətinə uyğun həyat yoldaş seçmələri və bu vəziyyətin sağlamlığa necə təsir etməsi təyin olunub. Norveç Elm və Texnologiya Universitetindən Sara Marie Nilsen və qrupunun apardığı araşdırma, həyat yoldaşların oxşar mövqe, davranış və təhsil səviyyəsi baxımından seçilməsini və bu meylin sağlamlıq mövzusunda ictimai bərabərsizliyi artıra biləcəyini göstərib. Təxminən 19.000 norveçli cütlüyün qatıldığı araşdırmada, təhsil səviyyəsindəki fərqlərin əhəmiyyəti və bu vəziyyətin adamın ümumi sağlamlığı ilə əlaqəsi araşdırılıb. Nilsen, nəticələrin cütlüklərin sağlamlıqlarında bənzərliyini göstərdiyini, təhsil səviyyəsi imkanlarının təsirli ola biləcəyini qeyd edib. Tədqiqatçılar, təhsil səviyyəsi yüksək olan insanların daha sağlam olduqları nəticəsinə gəliblər. Sosial-iqtisadi vəziyyət mövzusunda təhsili meyar edən araşdırmada, insanın sağlamlığının birbaşa həyat yoldaşının təhsil səviyyəsindən təsirləndiyi də məlum edib. Təhsil səviyyəsi aşağı olan insanlar, təhsil səviyyəsi yüksək kəslərlə yaşadıqları zaman özlərini daha sağlam hiss etdikləri görülüb. Tədqiqat zamanı, gəlir, peşə və təhsil kimi faktorların ürək-damar xəstəlikləri, xərçəng və xroniki xəstəliklərə tutulma riskini də yarada biləcəyi müəyyən olunub. Mövzuya bağlı məqalə "Science Daily" jurnalının internet saytında yayımlanıb.

Sizin Reklam Yeriniz