Əlaqə Arxiv
news Image
2016.11.07
15:37
| A A A
Dünyanın ən qəribə, amma daha çox pul qazandıran işləri - fotolar

Dünyada asan olduğu kimi çətin işlər də var. Amma elə işlər də var ki, onlar asandır, amma eyni zamanda, onun öhdəsindən hər adam gələ bilmir. 

Movqe.az həmin işlərdən bir neçəsi barədə məlumat verir:



Soxulcan yığmaq - daha çox Kanadada rast gəlinən bu işdə hər soxulcana görə, 4 sent (8 AZN) verilir.



Köpəkbalığının akvariumunu təmizləmək - əgər sənin köpəkbalıqları ilə bir az da olsa, münasibətin yaxşıdırsa, onda, bu işə girişə bilərsən. Əks halda, səni gözlədiyini bilməlisən.



Ev heyvanının yeməyinin dadına baxmaq - xarici ölkələrin çoxunda imkanlı adamlar ev heyvanlarına baxmaq üçün ona dayə tuturlar. Hər saatına 8-10 dollar (13-16 AZN) verilən bu işdə arada sən də heyvanın etdiklərini təkrarlamalı olursan.



Cücənin insiyyətini müəyyən etmək -  yumurtadan çıxdıqdan sonra cücənin cinsiyyətini müəyyən etmək çox çətindir. Amma bu işi görən insan ayda 12 min lira ( 6 min 369 manat ) qazana bilər.



Su karuselinin təhlükəsizliyini yoxlamaq - deməli işçinin vəzifəsi istirahət mərkəzindəki su karuselinin sürətini yoxlamaq və təhlükəsizliyini təmin etməkdir. Bunun üçün işçi dəfələrlə su karuselində sürüşməlidir. 



Sərnişinlərə kömək etmək - metroda sıxlıq yaranan zaman hamının vaqona minməsinə kömək edən işçilər var. Bu işçilərdən xüsusilə Yaponiyanın Tokio şəhərində istifadə edilir./axşam.az/

Sizin Reklam Yeriniz