Əlaqə Arxiv
news Image
2013.01.18
18:19
| A A A
5.5 kiloqram qızıl tapılıb
Movqe.Az bildirir ki, Avstraliyada torpaq altında 5.5 kilo ağırlığında böyük bir qızıl külçəsi tapılıb.

"Courier" qəzetinin xəbərinə görə, şəxsiyyətini gizli tutan həvəskar xəzinə axtaran, Avstraliyanın Ballarat şəhəri yaxınlığında axtarış edərkən, 5.5 kilo ağırlığında bir qızıl külçəsinə rast gəlib. Qızıl ticarəti ilə məşqul olan Kordel Kent tapılan qızılın 500 min dollar dəyərində olduğunu açıqlayıb. Kent, qızılı tapan adamın şəxsiyyətinin açıqlanmasını istəmədiyini bildirib. "Courier" qəzeti qızılın Melbournun şimalındakı Ballarat qızıl mədən yaxınlarında olduğunu qeyd edib. Qəzet, həvəskarın təxminən 60 santimetr dərinlikdə tapılan qızılla ilk iş olaraq borclarını ödəmək istədiyini söyləyib. 19-cu əsrdə qızıl axtaranlar üçün məşhur olan Ballarat bölgəsində 1858-ci ildə 71.3 kiloqram ağırlığında ən böyük qızıl külçəsi tapılmışdı.

Sizin Reklam Yeriniz