Əlaqə Arxiv
news Image
2013.01.21
15:00
| A A A
Dünyanın ən zəngin insanı sərvətini bağışlayır
Movqe.Az bildirir ki, Proqram dünyasının əfsanə adı Bill Geyts, sərvətinin nə zaman və necə bitəcəyini açıqlayıb. ABŞ-ın ən varlı və dünyanın ikinci ən varlı adı Bill Geyts, "Microsoft"un başından ayrılmasından sonra vaxtını xeyriyyə işlərinə sərf edir. Belə ki, həyat yoldaşıyla birlikdə qurduğu "Bill & Melinda Gates" vəqfindən başqa dünyada möhtac insanlara kömək edən Geytsin 63.4 milyard dollarlıq sərvəti var. "The Telegraph"a müsahibə verən Geyts, özünə aid pulun özündə qalmadığını və bundan sonra da qalmayacağını söyləyərək, "yeməyimi yeyirəm, geyəcəyimi geyinirəm. Pulun bu nöqtədən sonra məni daha irəli bir nöqtəyə aparmaq imkanı yoxdur. Bu da əlbəttə pulun vəqf vasitəsilə möhtacı olanlara çatması mənasını verir." Sərvətinin 95 faizinin 20 il içində vəqf vasitəsilə paylanılacağını vurğulayan Geyts, hər hansı bir dini inanc səbəbiylə bunu etmədiyini, insanların bərabər olduğu bir dünyada hər kəsin də bərabər şərtlərdən faydalanması lazım olduğunu qeyd edib.
Sizin Reklam Yeriniz