Əlaqə Arxiv
news Image
2013.01.23
15:20
| A A A
Müəllimdən şagirdlərə görülməmiş cəza
Movqe.Az bildirir ki, Yaponiyada bir orta məktəbdə elmi dərslərin birində, müəllim təcrübəni tam olaraq yerinə yetirə bilməyən iki şagirdə cəza olaraq xlor içizdirib. Paytaxt Tokionun cənubundakı Aiçi əyalətində yerləşən bir məktəbdə baş verən hadisədə, müəllimi şagirdlərə bir təcrübə testindən keçirəcəyini, doğru nəticə əldə edə bilməyənlərə xlor içizdirəcəyini söyləyib. Test nəticəsində iki şagird doğru nəticə ala bilməyib. Əvvəl müəllim özü bir az içdikdən sonra şagirdlərə verib. Birinci şagird bir qurtum içib qaytarıb, digəri isə stəkanın hamısını içib. Hadisə şagirdlərdən birinin vəziyyəti ailəsinə danışmasından sonra ictimaiyyətə əks olunub. Məktəb rəhbərliyi, "Bu hadisə şagirdlərin sağlamlığı və həyatı üçün bir risk meydana gətirməsindən əlavə müəllim baxımından da çox böyük bir səhvdir. Ailələrdən və şagirdlərdən üzr istəyirik." deyib. Bundan əlavə, məktəb rəhbərliyi ailələrin evlərinə də ziyarət edərək təkrar üzr istəyib.
Sizin Reklam Yeriniz