Əlaqə Arxiv
news Image
2013.01.23
17:20
| A A A
Valideynlər uşaqlara yalan söyləyir
Movqe.Az BBC-yə istinadən bildirir ki, ABŞ və Çindəki ailələrin üzərində aparılan araşdırma, uşaqlarının davranışlarını dəyişdirmək üçün çox valideynlərin yalana müraciət etdiyini məlum edib. Düzgün davranmasalar uşaqlarını çöldə tək başına buraxıb getmə təhdidi ən çox müraciət edilən yalan olaraq təsbit edilib. Valideynlər uşaqlara qarşı, pərini köməyə çağırmaqdan başlayaraq, tərəvəz yeməsələr kor olacaqlarına qədər fərqli üsullardan istifadə edirlər. Digər strateji yalan nümunəsi də "pianinonu nə gözəl çaldın" kimi deyilən təriflərdir. Beynəlxalq Psixologiya jurnalında nümayiş olunan araşdırma, "təsir yaratmaq məqsədi ilə yalan danışma" mövzusunu ələ alıb. Araşdırmada, ABŞ və Çində araşdırılan 200 ailənin böyük əksəriyyətində belə yalanlara müraciət olunduğu bildirilib. Həm amerikalı həm də çinli ailələrdə ən çox müraciət edilən yalan, valideynlərin uşağı tək başına buraxıb gedirmiş kimi etməsidir.
Sizin Reklam Yeriniz