Əlaqə Arxiv
news Image
2013.01.23
20:18
| A A A
Sərxoş halda yuxuya getməyin

Movqe.az "BBC"yə  istinadən xəbər verir ki, alimlərin apardığı tədqiqatlar müəyyən edib ki, yuxudan əvvəl sərxoş olmaq yuxuya getməyi tezləşdirsə də, bu gecə sizi narahat edəcək. London Yuxu Mərkəzi komandasının apardığı araşdırmalara görə alkoqol normal yuxu vərdişini pozur. Alkoqol sizi dərin yuxuya göndərsə də siz normal yuxu yata bilməyəcəksiniz. Alkoqoldan çox istifadə isə insomnia (yuxusuzluq) xəstəliyinə yol açacaq. London Yuxu mərkəzinin direktoru Həkim İbrahim: İçki içərkən ehtiyatlı olmalıyıq. Bir və ya 2 badə qısa zamanda yuxuya getmək üçün yaxşı olsa da, daha artığı ciddi problemlər yarada bilər. Belə ki, sərxoş halda  yuxuya getmək gecə xorultusuna və narahatlığa səbəb olacaq.

Sizin Reklam Yeriniz