Əlaqə Arxiv
news Image
2013.01.25
17:22
| A A A
And Dağlarının buzlaqları əriyir

Movqe.az xəbər verir ki,  Cənubi Amerikada milyonlarla insana içməli suyu təmin edən "And Dağları"ndakı buzlaqlar 50 faiz azalıb. Qlobal istiləşmədə son nöqtə: Cənub Amerika qitəsində yerləşən And Dağlarının buz təbəqələrinin 1970-ci illərdən bu günə kimi 30-50 faiz  nisbətində erozyona məruz qaldığı bildirilib. Avropa Geologiya Birliyi tərəfindən Almaniyanın Münih şəhərində yayımlanan "Cryosphere" jurnalında yerləşən  bir araşdırmanın nəticələrinə görə; Cənubi Amerikada milyonlarla insana içməli suyu təmin edən buzlaqlar son 300 ilin ən sürətli ərimə müddətinə girib. Buzlaqların yarıdan çoxunun araşdırıldığı araşdırmada, sürətli ərimə səbəbi olaraq 1950-1994- ci illər arasında bölgədəki hava istiliyinin 0,7 dərəcəlik artımı göstərilib.

Sizin Reklam Yeriniz